TƏCHİZAT SİSTEMİMİZ

FM-Eco4 – ən kiçik ölçülərə malik GPS/Glonass cihazıdır. Əsas funksiyaların yerinə yetirilməsi üçün nəzərdə tutulmuş cihaz nəqliyyat vasitələrinin yerini, sürətini, marşrutunu, yanacaq səviyyəsini və digər parametrləri nəzarət altında saxlamaq məqsədi ilə quraşdırılır.

Ruptela-Eco4light-GPS-tracker-1467x1500

Cihazın daxili GPS/Glonass/GSM antenləri ilə təchiz olunması cihaz ölçülərinin balacalaşdırılmasına, quraşdırılmanın isə sadələşdirilməsinə imkan verir. Cihaz rahat şəkildə nəqliyyat vasitəsinin istənilən yerində quraşdırıla bilər.

Cihazın funksional imkanları:
– Sürücünün idarə etmə tərzinə nəzarət
– Temperatur rejiminə nəzarət
– Sürücünün qeydiyyatı və identifikasiyası
– Mühərrikin uzaq məsafədən bloka salınması
– Daxili geozonalar (Internal Geozones)
– GSM siqnalının müəyyən edilməsi
– Müxtəlif SMS funksiyalar

Ruptela-Eco4-GPS-tracker-1467x1500

FM-Eco4 – əsas funksiyaların yerinə yetirilməsi üçün nəzərdə tutulmuş, nəqliyyat vasitələrinin yerini, sürətini, marşrutunu, yanacaq səviyyəsini və digər parametrləri nəzarət altında saxlamaq məqsədi ilə quraşdırılan GPS/Glonass cihazı.

Qurğu IP67 müdafiə sinifinə müvafiq tozdan və sudan qorunma sisteminə malikdir və müxtəlif əlverişsiz ətraf mühit şəraitlərində belə etibarlı istifadəsini təmin edir. FM-Eco4+ versiyasında cihazın daxili enerji təchizatı mövcuddur, bu da cihazın xarici elektrik təchizatından ayrılması zamanı məlumatı ötürməyə davam etməsini təmin edir. Standart versiyalardan biri sayılmasına baxmayaraq, bu model yüksək mexaniki və texniki göstəriciləri ilə fərqlənir.

Cihazın funksional imkanları:
– Sürücünün idarəetmə tərzinə nəzarət
– Temperatur rejiminə nəzarət
– Sürücünün qeydiyyatı və identifikasiyası
– Mühərrikin uzaq məsafədən bloka salınması
– Daxili geozonalar (Internal Geozones)
– GSM siqnalının müəyyən edilməsi
– Müxtəlif SMS funksiyalar

FM-Pro4 – yük maşınları, kənd təsərrüfatı maşınları, inşaat texnikası və digər ağır yük nəqliyyat vasitələrində istifadə üçün nəzərdə tutulmuş müasir GPS-treker. Cihaz nəqliyyatın yerini müəyyən etməklə yanaşı iş rejiminin parametrlərinə nəzarəti təmin edir. GPS sistemindən əlavə olaraq cihaz məlumatları CAN (Controller Area Network) sistemi vasitəsi ilə də ötürür.

Ruptela-Pro4-GPS-tracker-1467x1500

RS232 və RS485 portlarının eyni anda fəaliyyət göstərə bilməsi sayəsində cihaza 12 ədəd yanacaq səviyyəsini ölçən ötürücünün qoşulması mümkündür, bu isə yanacaq sərfiyyatının tam nəzarətini təmin edir. Bundan əlavə cihaz daxilində 1-Wire interfeysinin mövcud olması idarə etmə tərzinin nəzarəti üçün əlavə qurğuları qoşmağa imkan verir.
Etibarlı və funksional FM-Pro4 cihazının istifadə edilməsi nəqliyyat vasitəsinin gündəlik istismarında xərcləri azaltmağa və ümumi işgüzar fəaliyyətinin nəticəsini yüksəltməyə icazə verir.

Cihazın funksional imkanları:
– Sürücünün idarə etmə tərzinə nəzarət
– Nəqliyyat vasitəsinin beynindən məlumatın alınması (CAN sistemi)
– Temperatur rejiminə nəzarət
– Sürücünün qeydiyyatı və identifikasiyası
– Mühərrikin uzaq məsafədən bloka salınması
– Yanacaq sərfiyyatının nəzarəti
– Yanacaq səviyyəsinin nəzarəti
– Daxili geozonalar (Internal Geozones)
– GSM siqnalının müəyyən edilməsi
– Müxtəlif SMS funksiyalar

FMB900 – kibrit qutusundan böyük olmayan kompakt FMB900 Bluetooth treker yolda və uzaq məsafədə olan obyektlərinin axtarılmasında əvəzsiz cihazdır. Bu qurğu real zaman rejimində məlumatları toplayaraq GPS vasitəsi ilə müəyyən obyektləri izləməyə imkan verir. İstənilən an obyektin yerləşməsi və fəaliyyəti haqqında məlumatları əldə etməyə icazə verir.

Cihazın funksional imkanları:
– Bluetooth V3.0 vasitəsi ilə xarici cihazlara qoşulma imkanı
– SMS və konfiqurasiyalar vasitəsi ilə idarə olunan rəqəmsal giriş
– Ultrakompakt ölçü sayəsində məhdudlaşdırılmış zonalarda quraşdırılma imkanı
– Müxtəlif göstəricilər üzrə məlumatın toplanması: vaxt, məsafə və digərləri
– Sürətli “soyuq” start
– SMS və konfiqurator vasitəsi ilə idarə
– Qəza məlumatlarının ötürücüsü
Uzaq məsafədə olan obyektlərin yerləşməsini və fəaliyyətini izləməyə imkan verən cihaz geniş tətbiq sahəsinə malikdir. Yüksək qüvvəyə malik GSM antenlərlə təchiz edilmiş FMB900 həm şəxsi avtomobil sahiblərinin, həm fəaliyyəti nəqliyyat vasitələri ilə bağlı olan böyük şirkət sahiblərinin işgüzar həyatında yeni imkanlar yaradır.

FMB920 – avtomobilin idarə etməsini qat-qat təhlükəsiz edən müxtəlif funksiyalara malik Bluetooth trekerdir. Kiçik ölçüləri sahəsində cihaz rahatlıqla quraşdırılır və avtomobilin digər hissələrinin fəaliyyətinə təsir göstərmir.

Cihazın funksional imkanları:
– Bluetooth V3.0 vasitəsi ilə xarici cihazlara qoşulma imkanı
– SMS və konfiqurasiyalar vasitəsi ilə idarə olunan rəqəmsal giriş
– Ultrakompakt ölçü sayəsində məhdudlaşdırılmış zonalarda quraşdırılma imkanı
– Müxtəlif göstəricilər üzrə məlumatın toplanması: vaxt, məsafə və digərləri
– Sürətli “soyuq” start
– SMS və konfiqurator vasitəsi ilə idarə
– Qəza məlumatlarının ötürücüsü
– Daxili enerji təchizat

Bluetooth V3.0 sistemini dəstəkləyən cihaz müxtəlif əlavə funksiyalara malikdir. İstifadəçi trekerin ayarlamasını dəyişə, mobil qarniturlarını, temperatur, rütubətlik və digər göstərici ötürücülərini qoşa bilər. Daxili enerji təchizatının mövcudluğu bir müddət cihazın xarici enerji mənbəyindən ayrı olaraq işləməsinə imkan verir. Bu isə hətta qəza vəziyyətlərində belə treker fəaliyyətinə davam etməsinə icazə verir. Nəqliyyat vasitəsinin fors-major hallarla rastlaşması zamanı cihaz həyəcan siqnalını ötürür. MicroSD yaddaş kartı 32 GB məlumatı saxlayır. Bu həcm 275-ə qədər məlumatı qeyd etməyə icazə verir. Mobil bağlantının kəsilməsi zamanı trekerdə qeyd olunan bütün məlumatlar yaddaş kartında saxlanılır.